Non-Erasmus proqramı çərçivəsində Ural Dövlət İqtisad Universiteti UNEC tələbələri üçün mübadilə təklif edir.

Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr. 

Müddət: 2023/2024-cü tədris ilinin yaz semestrində (8 yanvar-30 iyun) 

Tədris dili: rus və ingilis dili 

Tədris proqramları haqqında məlumat: 

Bakalavrlar üçün: https://abit.usue.ru/baza-profilej-bakalavriat/ 

Magistrlər üçün: https://abit.usue.ru/baza-programm-mag/ 

Əsas şərtlər

  • Tələbələrin orta balı (ÜÖMG) – 75-dən yuxarı olmalı; 
  • İngilis dilini sərbəst bilməli (dil sertifikatına sahib olanlara üstünlük veriləcək). 
  • UNEC-in 1, 2 və ya 3-cü kurs tələbəsi olmalı. 

Tələb olunan sənədlər: 

  • Akademik transkript 
  • CV (ingilis dilində) 
  • Pasport  

Son müraciət tarixi: 20 noyabr 2023-cü il. 

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin “Ural Dövlət İqtisad Universiteti” yazılmalıdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay