Erasmus+ mübadilə proqramı çərçivəsində Türkiyənin Orta Şərq Texniki Universiteti (METU) “Staff Week” Beynəlxalq Əməkdaş Təlim Həftəsi üçün yeni müraciət çağırışını elan edir.  

Mübadilə proqramı çərçivəsində UNEC inzibati heyət nümayəndəsi “Beynəlxalq Əməkdaş təlim həftəsi” tədbirində universiteti təmsil edəcəkdir. Tədbir təcrübələrin mübadiləsi, tərəfdaşlığın qiymətləndirilməsi, təcrübələrin paylaşılması və bir-birindən öyrənmə kimi mövzulara  fokuslanmışdır.  Tədbirin bütün xərcləri Orta Şərq Texniki Universiteti (METU) tərəfindən qarşılanacaqdır. Namizədlərin aşağıda qeyd edilən sahələrdən olması və tələbləri tam yerinə yetirməsi əsas şərtlərdəndir.

Say: 1 nəfər

Sahələr: Beynəlxalq Əlaqələr, İT, Beynəlxalq Tərcümə, Strateji Planlaşdırma, Karyera Mərkəzi

 Müddət: 13-15 May, 2023/2024-ci tədris ili

Əsas şərtlər:

  • İngilis dilini minimal B2 səviyyədə bilməli;
  • UNEC əməkdaşı olması;

Tələb olunan sənədlər:

  • CV (ingilis dilində)
  • Pasport və ya şəxsiyyət vəsiqəsinin surəti
  • Niyyət məktubu (ingilis dilində)

Əlaqələndirici şəxs: Nərmin Əlizadə

Son müraciət tarixi: 10 aprel, 2024-cü il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır. Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin “Orta Şərq Texniki Universiteti (METU) “ yazılması şərtdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay