2024/2025-ci tədris ili üzrə Orhun Mübadilə Proqramına qəbul başlayır.

ORHUN mübadilə proqramı çərçivəsində UNEC tələbələri, 2024/2025-ci tədris ilində (payız və yaz semestri olmaqla) təhsillərini Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərindən birində davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar.

Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında müsabiqə yolu ilə aparılacaq.

Seçiləcək tələbə sayı: 6 nəfər

Universitetlər haqqında məlumat: http://turkunib.org/tr/site/index/#member

Təhsil pilləsi: bakalavriatura

Müddət: 2024/2025-ci tədris ilinin payız və ya yaz semestri

Əsas şərtlər:

Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı;

Gedəcək ölkənin tədris dilini (rus,ingilis və türk) sərbəst bilməli (dil sertifikatına sahib olanlara üstünlük veriləcək).

UNEC-in 1, 2 və ya 3-cü kurs tələbəsi olmalı.

Tələb olunan sənədlər:

Tələbə anketi (burada seçilən universitetin (yalnız 1 universitet) adı qeyd olunmalıdır)

Akademik transkript

CV (ingilis dilində)

Pasport (mövcud olmadığı halda, şəxsiyyət vəsiqəsi)

Son müraciət tarixi: 20 aprel, 2024-cü il.

Sənədlər göstərilən ardıcıllıqla bir pdf sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq). Elektron məktubu göndərərkən başlıq hissəsində «Orhun proqramı» yazılmalıdır.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay