2024/2025-ci tədris ili üzrə UNEC-in Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə tələbələri üçün Fransanın Montpellier Universiteti ilə həyata keçirilən ikili diplom proqramına qeydiyyat davam edir.

Proqrama qəbul olan tələbələr 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr 4-cü kurs təhsillərini UNEC-də davam edəcəklər.

Qəbul şərtləri:

  • UNEC-in 2-ci kursunda təhsil almalı;
  • Minimum orta bal (ÜÖMG) - 81 bal;
  • İngilis dili - B2.

Tərəfdaş universitet - Montpellier Universiteti

  • Müddət - 1 il
  • Tədris dili - İnglis dili
  • Təhsil haqqı - 2250 avro
  • Qeydiyyat haqqı – yoxdur.
  • Tədrisin başlanması – 2024-cü il, sentyabr.
  • Tədrisin bitməsi – 2025-ci il, aprel.

Son müraciət tarixi: 31 yanvar 2024-cü il.

Sənədlər bir fayl şəklində (pdf formatında) aşağıdakı ardıcıllıqla təqdim olunmalıdır:

1. Akademik transkript (azərbaycan dilində)

2. CV (ingilis dilində)

3. Pasport (şəkil olan səhifəsi, yoxdursa vəsiqə və ya tələbə kartı)

Qeyd: İştirak sayı məhdud olduğuna görə müsahibə təşkil olunacaqdır.

Elektron məktubu göndərərkən başlıq hissəsində «Montpellier Universiteti» yazılmalıdır.

Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:

UNEC, Beynəlxalq Əməkdaşlıq  Departmenti, 012-492-60-45, 012-492-18-81
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay