23-24 noyabr 2023-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafının aktual məsələləri” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Konfransın bölmələri:

  1. Heydər Əliyevin iqtisadi inkişaf modeli: iqtisadi və sosial inkişafın yeni paradiqmaları;
  2. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması problemləri;
  3. Dövlət-Özəl sektor tərəfdaşlıq inkişafın hərəkətverici qüvvəsi kimi;
  4. Sumqayıtın sənaye mərkəzi kimi formalaşmasında Heydər Əliyevin tarixi xidmətləri;
  5. Yeni iqtisadi rayonların inkişafı Heydər Əliyevin regionların sosial-iqtisadi inkişafı strategiyasının uğurlu davamıdır;
  6. Azərbaycanın dayanıqlı inkişafı Ümummilli Lider Heydər Əliyev ideyalarının təcəssümü kimi;
  7. Heydər Əliyev siyasətinin davamı: qlobal transformasiyalar şəraitində Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri;
  8. Heydər Əliyevin arzularının reallaşması: işğaldan azad edilmiş bölgələr, onların infrastrukturunun inkişaf etdirilməsi istiqamətlə

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis.

Konfransın formatı: əyani və ya onlayn - əlavə olaraq məlumat veriləcəkdir.

Konfrans məlumatlarının tərtibinə qoyulan tələblər

Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU. Konfrans materialları” toplusunda dərc olunaraq, https://www/ssu-conferenceproceedings.edu.az, https://www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (beynəlxalq seriya nömrələri: İSSN 2708-955X print, İSSN 2709-6033 on-line).

Materiallar 01 noyabr 2023-cü il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008, Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), İqtisadiyyat və idarəetmə fakültəsi, Biznesin təşkili və menecment kafedrası (otaq 403).

Bir müəllifdən yalnız bir məruzənin tezisi qəbul olunur.

Təşkilat komitəsi tezislərin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.

Əlaqələndirici şəxs – dosent Qalib Hüseynov
Əlaqə nömrələri: (+99418) 642-15-06 (1-09), (+99450) 752-22-91

 

TOP XƏBƏRLƏR