16-17 may 2025-ci il tarixlərində “Ortaq Gələcək: Sosial-İqtisadi İnnovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçiriləcək.
Konfransda iqtisadiyyat, idarəetmə, maliyyə, beynəlxalq ticarət və logistika, mühasibat uçotu, dövlət idarəçiliyi, beynəlxalq əlaqələr, kommunikasiya və informasiya texnologiyaları sahələrində aparılan elmi araşdırmalar təqdim olunacaq.
Konfransın əsas panel müzakirələri aşağıdakı mövzuları əhatə edir:
- Türk Dünyasında Dayanıqlı və Yaşıl İqtisadiyyatın Yeni Dövrü
- Gənclər və İqtisadi İnkişaf: Yeni Nəsil Sahibkarlıq və Startaplar
- İnformasiyanın İdarə Edilməsi və Süni İntellekt
Məruzələr elektron və əyani formatda təqdim edilə bilər.
Məruzə müraciətləri üçün son tarix: 20 mart, 2025.
Tam mətnlərin təqdim edilməsi üçün son tarix: 30 aprel, 2025.