UNEC Xarici Dillər Departamenti UNEC-in 95 illiyi münasibətilə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 5 saylı tam orta məktəbin 10 və 11-ci sinif şagirdləri ilə görüş keçirib.
Tədbir zamanı Xarici Dillər Departamentinin direktoru, dosent Aysel Xəlilova UNEC-in fəaliyyəti, beynəlxalq əməkdaşlıq çərçivəsində imzalanmış memorandumlar, universitetin fakültələri, ixtisasları, UDİD proqramları, tədris binaları və digər vacib məsələlər barədə geniş məlumat verib.
Bununla yanaşı, Xarici Dillərin Tədrisi Mərkəzinin proqram rəhbəri Pərvanə Abbasova və böyük mütəxəssis Humay Mürsəlova şagirdlərin ünvanladığı sualları cavablandırıblar. Məktəbin direktoru, UNEC-də ikinci təhsil alan Faiq Xosrovlu da universitet haqqında danışaraq, UNEC-in ona qazandırdığı bilik və bacarıqlardan söz açıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb