A

Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi ərəfəsində UNEC Kitabxana-İnformasiya Mərkəzi virtual sərgi təşkil edib.

UNEC-in saytı üzərindən oxuculara təqdim edilən “UNEC 95-Azərbaycan iqtisad elminin uğurları” sərlövhəli sərgidə (https://library.unec.edu.az/virtual-s-rgi/virtual-s-rgi-6) UNEC nəşriyyatında və dünyanın aparıcı nəşriyyat evlərində çap olunmuş kitablar nümayiş olunur. 

Sərgi UNEC alimlərinin iqtisadiyyat, idarəetmə və texnoloji sahələrdə Azərbaycan elminə töhfələrini əks etdirən azərbaycan, türk, ingilis və rus dillərində elmi nəşrlərdən ibarətdir.

Sərgilənən kitablar nəşr növünə görə monoqrafiya, dərslik və dərs vəsaitləri kim təsnifləşdirilə bilər. 130-dan çox kitabın nümayiş olunduğu sərginin ən önəmli parametlərindən biri də UNEC təmsilçilərinin dünyanın nüfuzlu nəşriyyatlarından olan Şpringerdə dərc edilmiş əsərlərinin və tədqiqatlarının qısa annotasiyaların verilməsidir.

Virtual sərginin məqsədi UNEC-in kitabxana fondunda mövcud olan müvafiq nəşrləri nümayiş etdirməklə, Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi ərəfəsində UNEC alimlərinin iqtisad elminə verdiyi töhfələri və universitetin son illərdə qazandığı uğurları oxucular arasında təbliğ etməkdən ibarətdir.

TOP XƏBƏRLƏR