Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrailin “Technion” İnkişaf və Araşdırma Fondu tərəfindən təsis olunan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində kibertəhlükəsizlik sahəsi üzrə keçirilən təlimlərdə iştirak etmək hüququ qazanıblar.
UNEC Biznes Məktəbinin “Kiber təhlükəsizlik” ixtisası üzrə I kurs magistrantı Vaqif Məmmədov, “Proqram təminatı mühəndisliyi” ixtisası üzrə I kurs magistrantı Ülvi Bəşirli və “Süni intellekt” ixtisası üzrə I kurs magistrantı Nihat Ruşanov seçim mərhələlərini uğurla tamamlayaraq, təlimlərdə iştirak hüququ qazanmış 60 namizəd arasında yer alıblar.