Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin “Mühasibat” ixtisası üzrə 4-cü kurs tələbəsi Rəvan Niftalıyev 50 illik fasilədən sonra yenidən Xankəndi şəhərində badminton üzrə keçirilən Azərbaycan çempionatının qalibi olub.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə badminton üzrə kişilər arasında keçirilən yarışda tələbəmiz I yeri qazanıb.
Tələbəmizi təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq!