A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)Varazdin Development and Entrepreneurship Agency (VADEA)  təşkilatının qarşılıqlı əməkdaşlığı ilə 25 iyun 2021-ci il tarixində UNEC-də İqtisadi və Sosial İnkişaf  70-ci beynəlxalq elmi konfransı keçiriləcəkdir.

Konfransın tərəfdaşları: University North (Xorvatiya Respublikası), Polytechnic of Medimurje in Cakovec (Xorvatiya Respublikası), University of Warsaw (Polşa Respublikası), Mohammed V University in Rabat (Mərakeş Krallığı). Mütəmadi olaraq təşkilatçılar tərəfindən konfransın məruzə kitabı tədbirdən sonra Web of Science Core Collection (CPCI-S, CPCI-SSH) bazasında indeksləşmək məqsədilə Clarivate Analytics şirkətinə təqdim olunur. Konfransın əsas mövzuları:

  • Davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar;
  • Sosial iqtisadi inkişafa əsaslanan innovasiya;
  • Davamlı inkişaf hədəfləri: fiskal və monetar siyasət;
  • Təbii sərvət gəlirlərinin soial-iqtisadi aspektləri;
  • Qeyri-müəyyənlik şəraitində şirkətlər;
  • Bürokratiya və yaradıcı sahibkarlıq.

Elmi məruzələrin son təqdim olunma tarixləri

Xülasələrin son qəbulu

20 aprel 2021

Xülasələrin qəbulu haqqında bildiriş

25 aprel 2021

Elmi məruzələrin son qəbulu

25 may 2021

Elmi məruzələrin qəbulu haqqında bildiriş

30 may 2021

İlkin qeydiyyat

5 iyun 2021

Son qeydiyyat

15 iyun 2021

Elmi məruzələr qeyd olunan şərtlərə uyğun tərtib edilməli və qeydiyyatdan keçərək təqdim olunmalıdır. Məruzələrinin qəbulu haqqında bildiriş alan UNEC və Azərbaycanın digər ali təhsil müəssisələrinin nümayəndələri konfrans proqramında yer almaq üçün linkindən qeydiyyatdan keçərək, 5 iyun 2021-ci il tarixinədək konfransda iştiraklarını təsdiqləməlidir.

Azərbaycan ali təhsil müəssisələrinin və UNEC nümayəndələri konfransa məruzə təqdim edərkən aşağdakı nüansları nəzərə almalıdır:

  1. Müəllif tək və ya həmmüəllifli olmaqla bir elmi məruzə təqdim etməli
  2. Həmmüəllifliklə təqdim olunan məruzələrdə UNEC nümayəndəsi birinci müəllif kimi qeyd olunmalı;
  3. Elmi məruzə akademik ingilis dilində yazılmalı;
  4. Müəllif elmi məruzəni saytda göstərilən qaydalara uyğun tərtib və təqdim etməli;
  5. Müəllif ilk olaraq xülasəni o, qəbul olunduqdan sonra məruzəni təqdim etməli;
  6. Məruzələrdə istinad edə biləcəyiniz UNEC nəşri olan elmi nəşrlər, məqalə və məruzələr;
  7. Qeyd olunan son qəbul tarixlərindən gec xülasə və ya elmi məruzə təqdim etmək olmaz.

Konfransın ödəniş şərtləri. Konfrans haqqında əlavə məlumat almaq üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay