UNEC ilə Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi (ARC) fransız dilli UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir. 

Ali İdarəetmə Məktəbi 1 semestrlik mübadilə proqramı təklif edir və mübadilə proqramı fransız dilində B1 danışıq səviyyəsinə malik olan UNEC tələbələri üçün nəzərdə tutulub. Mübadilə 2023-cü ilin payız semestri üçün nəzərdə tutulub.

Payız semestri üçün sənəd qəbulu martın sonundan sonra baş tutacaq.

Mübadilədə iştirak etmək üçün tələblər:

Ən azı B2 fransız dili səviyyəsində danışa bilən bakalavriat və magistratura səviyyəsində təhsil  alan tələbələr (əsasən 3-cü kurs bakalavriat, 1-ci kurs magistratura səviyyəsində təhsil alan UNEC tələbələri) 

Tələb olunan sənədlər:

  • CV 
  • Motivasiya məktubu (Bakalavr tələbələri üçün fransız, magistr tələbələri üçün ingilis dilində)
  • Transkript (70-dən yuxarı ÜOMG)
  • Dil sertifikatı (əgər varsa, bakalavr tələbələri üçün fransız dili sertifikatı, magistr tələbələri üçün ingilis dili sertifikatı)

 UNEC tələbələri üçün təklif olunan imkanlar aşağıdakılardır: 

  • 800 CHF (təxminən 1400 AZN) məbləğində təqaüd; 
  • Tibbi sığorta; 
  • 1 ay intensiv fransız dili kursları; 
  • Pulsuz nəqliyyat keçidi; 
  • İdman klublarında pulsuz qeydiyyatdan keçmə imkanı.

Sənəd qəbulu martın sonundan sonra həyata keçiriləcək. 

TOP XƏBƏRLƏR