ÜFTTD və Karyera planlaşdırılması və inkişafı kafedrasının təşkilatçılığı ilə tələbələr arasında UNEC in 95 illik yubileyinə həsr olunmuş videoçarx müsabiqəsi keçiriləcək.
Müsabiqənin məqsədi: UNEC-in 95 illik yubiley tədbirləri çərçivəsində tələbələrin UNEC-ə olan sevgi və bağlılıqlarını ifadə etmələri, eləcə də onların universitetlə bağlı zəngin tarixin bir parçası olaraq öz töhvələrini təqdim etməsinə şərait yaratmaqdır.
Videonun müddəti: maksimum 3 dəqiqə olmalıdır.
Format: MP4 və ya MOV formatlarında olmalıdır.
Dillər: Azərbaycan dilində təqdim edilməlidir.
Yarışmaya qatılacaq şəxslərin yaş qrupları: Tələbələr
Yarışma mövzusu: Videolar UNEC-in tarixi, mədəniyyəti, tələbə həyatı, beynəlxalq əlaqələri, kampus həyatı və ya universitetin gələcək inkişafı ilə bağlı ola bilər.
Məzmunun orijinallığı: Videolar orijinal olmalıdır.
Təqdimetmə: Videoların təqdimatları izləmə şəklində olacaq.
Müsabiqənin qiymətləndirilməsi: Videolar kreativlik, məzmunun düzgünlüyü, təqdimatın keyfiyyəti və orijinallığına görə qiymətləndiriləcək.
Qaliblərin seçilməsi:
- Seçim mərhələsi: Videolar peşəkar heyyət tərəfindən qiymətləndirəcək
- Qaliblər: 1-ci, 2-ci və 3-cü yerlər üzrə mükafatlar və sertifikatlar təqdim olunacaq.
- Hədiyyələr “İNNAB” Biznes Məktəbi tərəfindən təqdim olunacaq.
Videoların yüklənməsi üçün son tarix: 03.05.2025
Müsabiqənin final mərhələsi: 06.05.2025
Video materialı yükləmək və qeydiyyatdan keçmək üçün aşağıdakı anket sorğusunu cavablandirmaq kifayətdir.