Avrasiya Universitetləri Assosiasiyası (EURAS) və İstanbul Aydın Universitetinin birgə təşkilatçılığı ilə “Ayda Yaşayış Məkanının Konseptual Dizaynı” adlı beynəlxalq tələbə müsabiqəsinə müraciətlər qəbul olunur.

Müsabiqənin məqsədi:

Mühəndislik və Sənaye Dizaynı kimi sahələrdə təhsil alan tələbələrin Ayda davamlı və funksional yaşayış mühitləri yaratmaqla bağlı innovativ ideyalarını stimullaşdırmaq, kosmos memarlığı sahəsində yaradıcı yanaşmaları və fənlərarası əməkdaşlığı təşviq etməkdir.

İştirakçılar:

Uyğun ixtisaslar üzrə bakalavr və magistr tələbələri

Son müraciət tarixi:

16 may 2025

Mükafatlar:

Baş mükafat – 60.000 TL
Xüsusi münsif mükafatları və iştirak qrantları
Sərgi və ictimai təqdimat imkanları

Qeydiyyat və əlavə məlumat:
https://ayda-yasam-alaniyarismasi.aydin.edu.tr
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR