Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”in reallaşdırılmasına tədqiqatçıların töhfəsini stimullaşdırmaq məqsədilə daxili qrant müsabiqəsi elan olunur.
Qrant müsabiqəsinin şərtləri:
Müsabiqədə AR vergi orqanlarından VÖEN almış, UNEC əməkdaşları, o cümlədən UNEC-də təhsil alanlar (bakalavr, magistrant, doktorant və disertantlar), UNEC-in nəzdində fəaliyyət göstərən Tədqiqat Mərkəzində çalışanlar, eyni zamanda müəyyən edilən şəxslər birləşərək komanda tərkibində müsabiqədə iştirak edə bilərlər.
Layihə təklifləri UNEC-də aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və inkişafı baxımından “Daxili qrant müsabiqələrinin keçirilməsi” Qaydalarına əlavə edilmiş formalara uyğun olaraq təqdim olunmalıdır. Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı tələblərə cavab verməlidir:
- Layihənin dəyəri maksimum 30 (otuz) min manatdır;
- Layihədə təklif olunan işlər hər hansı qrant və digər mənbələrdən maliyyələşdirilən layihələrin predmeti olmamalıdır;
- Hər bir iddiaçı müsabiqədə yalnız bir ərizənin iştirakçısı ola bilər;
- Bütün layihələr, bir qayda olaraq Azərbaycan dilində, elektron formada (PDF formatda) təqdim edilməlidir.
Təqdim olunan layihələr aşağıdakı istiqamətləri əhatə etməlidir:
- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Maliyyə bazarı və real sektorun İnkişafı;
- Süni İntellektin iqtisadiyyata, texnologiya və rəqəmsal əmək bazarına təsiri;
- Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə keçidi və rəqabətli insan kapitalı;
- İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə reinteqrasiya;
- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi;
- Yaşıl enerji və dayanıqlı mühəndislik həlləri;
- Alternativ və bərpa olunan enerji mənbələri;
- Dayanıqlı sistemlər üçün innovativ materialllar və texnologiyalar.
Aşağıda qeyd olunan sənədləri elan olunan tarixdən iki ay müddətinədək saat 18.00-dan gec olmayaraq, elektron formada (pdf formatda) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron-poçt ünvanına göndərməlidir:
- Ərizə
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Qrantın mövzusuna uyğun elmi əsərlərin siyahısı;
- İş yeri və vəzifəsi (təhsilalanların təhsil adlığı fakültə və ixtisası) barədə arayış;
- İddiaçının vergi uçotu haqqında şəhadətnamənin surəti;
- Qrant məbləğinin köçürüləcəyi iddiaçının bank hesabı barədə məlumatlar;
- Layihə təklif forması;
- Layihə üzrə icra planı;
- Layihənin xərclər smetası;
Qrant layihələrinin təhlili və qiymətləndirilməsi - “Daxili qrant müsabiqələrinin keçirilməsi” Qaydalarına uyğun olaraq Qrant üzrə Müsabiqə Komissiyası tərəfindən aparılacaqdır.
Əlavə məlumat üçün UNEC Qrant üzrə Müsabiqə Komissiyanın katibliyi ilə əlaqə saxlaya bilərsiniz (Ünvan: Baki şəh., İstiqlaliyyət 6, otaq 124)
Məsul şəxs: Vəkil İbrahimov
Əlaqə tel.: (+99412) 492-72-98, (+99412) 492-59-04 (Daxili - 1157)