AZCON Holding şirkətlərində və tərəfdaş müəssisələrdə İT istiqamətində təcrübə proqramı elan edilir!

Proqram haqqında:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və AZCON Holding-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqram İT sahəsində 3-cü və 4-cü kurs (5 illik təhsil proqramlarında isə 4-cü və 5-ci kurs) üzrə bakalavr təhsili alan tələbələrə qazandıqları akademik bilikləri real iş mühitində praktik şəkildə tətbiq etmək imkanı yaradır.

1 iyul – 11 sentyabr 2026-cı il tarixlərini əhatə edən bu proqram çərçivəsində iştirakçılar öz sahələri üzrə təcrübəli mütəxəssislərlə birgə çalışaraq onların bilik və təcrübəsindən faydalanacaq, eyni zamanda peşəkar iş mühitini yaxından tanımaq fürsəti əldə edəcəklər.

Təcrübə dövründə iştirakçılar müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, o cümlədən onlara mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış imkanları veriləcək.

ƏTRAFLI:

PROQRAM

TOP XƏBƏRLƏR