UNEC Zaqatala filialının təşkilatçılığı ilə, filialın 10 illiyinə və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illik yubileyinə həsr olunmuş “Region müəssisə və təşkilatlarında rəqəmsallaşma: problemlər və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans 29–30 aprel 2026-cı il tarixlərində UNEC Zaqatala filialında keçiriləcək.
Konfransın istiqamətləri:
- Region müəssisə və təşkilatlarında rəqəmsallaşma
- Region müəssisə və təşkilatlarında insan kapitalı və rəqəmsal savadlılıq səviyyəsinin araşdırılması
Məqalələrin tərtibinə dair tələblər:
Məqalənin həcmi:
- Tələbə və magistrantlar üçün — 3 səhifədən (A4) çox olmamalıdır
- Professor-müəllim heyəti, doktorantlar və digər iştirakçılar üçün — 6 səhifədən (A4) çox olmamalıdır
Şrift və format:
- Times New Roman, 12 pt
- Sətirarası interval: 1,5
Kənar boşluqlar:
- Sol: 25 mm
- Sağ: 10 mm
- Yuxarı və aşağı: 20 mm
Konfransın işçi dilləri: azərbaycan, türk, rus və ingilis dilləri
İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətn daxilində göstərilməlidir
(məsələn: 1, səh.15)
Məqalənin tərtibat ardıcıllığı:
- Müəllifin adı, soyadı
- Müəssisə və təşkilatın adı
- E-mail ünvanı və telefon nömrəsi
- Məqalənin adı
- Xülasə (100–150 söz)
- Açar sözlər (5–10 söz)
- Mətn
- Ədəbiyyat siyahısı
(nümunə: Əsgərov Ş.G. “Tərəqqinin fəlsəfəsi”, UNEC EXSPERT, 2016, №2, səh. 6)
Təqdim olunan məqalələrdə elmi yenilik, səmərəlilik, praktiklik və faydalılıq kimi meyarların əks olunması vacibdir.
Məqalələrin göndərilməsi üçün elektron poçt ünvanı: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Vacib tarixlər:
Məqalələrin qəbuluna başlanma tarixi: 1 mart, 2026
Məqalələrin son göndərilmə tarixi: 10 aprel, 2026
Konfrans proqramının yayımlanması: 23 aprel, 2026
Konfransın keçirilmə tarixi: 29–30 aprel, 2026
Əlaqə telefonu: 051 362 82 26 (X.Babayeva)
Sizi beynəlxalq elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik!