29-30 aprel tarixlərində UNEC Zaqatala filialının təşkilatçılığı ilə “Region müəssisə və təşkilatlarında rəqəmsallaşma: problemlər və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və UNEC Zaqatala filialının 10 illiyinə həsr olunub.
Konfransın əsas istiqamətləri:
• Region müəssisə və təşkilatlarında rəqəmsallaşma prosesləri və transformasiya modelləri;
• Region müəssisə və təşkilatlarında insan kapitalının inkişafı və rəqəmsal savadlılıq səviyyəsinin qiymətləndirilməsi;
• Rəqəmsallaşmanın idarəetmə, mühasibat uçotu, maliyyə və biznes proseslərinə təsiri;
• Süni intellekt və rəqəmsal texnologiyaların regional iqtisadiyyata inteqrasiyası;
• Rəqəmsal iqtisadiyyat şəraitində dayanıqlı inkişaf və innovasiya mexanizmləri.
Vəzifələr:
• Şimal-qərb regionunda rəqəmsallaşmanın mövcud səviyyəsinin müəyyənləşdirilməsi;
• Problemlərin və məhdudiyyətlərin müəyyən edilməsi;
• İnsan resurslarının rəqəmsal savadlılıq səviyyəsinin müəyyən edilməsi;
• Universitet–biznes–dövlət əməkdaşlığının gücləndirilməsi;
• Praktiki tövsiyələrin hazırlanması.
Konfransın formatı:
• Əyani və hibrid format;
• Xarici iştirakçılar üçün onlayn çıxış imkanı.