A

UNEC-in Mühəndislik fakültəsinin “Qida mühəndisliyi” ixtisasının IV kurs tələbəsi, futzal üzrə Azərbaycan milli komandasının üzvü Novruz Kazixanov cari ilin may ayında yüksək liqada mübarizə aparan Araz-Naxçıvan futzal klubunun heyətində növbəti dəfə Respublika çempionu adını, eləcə də Azərbaycan kubokunu qazanıb.

O, eyni zamanda UNEC-in yığma komandası ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününə həsr edilmiş Zəfər festivalı-2 turnirinin qalibi olmuşdur. Bundan əlavə, Araz-Naxçıvan futzal klubunun daha bir üzvü, fakültənin “Maşın mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Məhəmməd Abbasov da Respublika çempionu adını qazanıb.

Tələbələrimizi ürəkdən təbrik edir, onlara gələcək karyeralarında və idmanda yeni nailiyyətlər arzulayırıq.

TOP XƏBƏRLƏR