Oktyabrın 31-də Tümen Dövlət Universitetinin (TDU) gənc müəllimləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qonağı olublar.
UNEC-in beynəlxalq əlaqələr departamentinin direktoru Anar Kazımov qonaqlarla hər iki universitet arsında potensial əməkdaşlıq imkanları haqqında müzakirələr aparıb. Qonaqlara universitetin tədris prosesi, Rusiya universitetləri ilə potensial əməkdaşlıq imkanları və mövcud xarici əməkdaşlıq, eləcə də UNEC-in beynəlxalq reytinqi barədə də məlumat verilib.
Qonaqlar UNEC-in İnnovativ Biznes İnkubator, SABAH qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, kitabxana və Radio UNEC-lə tanış olublar.
Səfər çərçivəsində TDU-nun gənc müəllimləri Rus İqtisadiyyat Məktəbinin tərkibində fəaliyyət göstərən “Conversation Club”ın dərsində iştirak ediblər. Rus İqtisadiyyat Məktəbinin tələbələrinə “Biznesdə uğurun əsası” mövzusunda təlim keçiblər.