×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-0d493acbd65a0e8f6d1853e65d8f3645.php


A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb.

UNEC rektoru professor Ədalət Muradov və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov arasında imzalanan memoranduma əsasən, hər iki qurum tələbələrin pərakəndəçilik, gündəlik istehlak məhsulları (FMCG) sahəsində bilik və bacarıqlarının artırılması, bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Eyni zamanda UNEC-in tələbə və məzunlarının şirkətlər qrupunda istehsalat təcrübəsi keçmələri üçün şərait yaradılacaq, “Veysəloğlu”nun rəhbər şəxsləri tələbələrə satış, pərakəndə və FMCG biznes sahəsi üzrə praktiki dərslər keçəcəklər. Memorandumda Veysəloğlu Şirkətlər Qrupu tərəfindən UNEC-də pərakəndə, logistika, FMCG, biznes sahəsi üzrə elmi araşdırmaların maliyyələşdirilməsi və kitab çapı da nəzərdə tutulub.

Qeyd edək ki, yeni tədris ilindən başlayaraq, “Veysəloğlu” fəaliyyət göstərdiyi sahədə yüksək ixtisaslı kadrların yetişməsinə dəstək məqsədilə UNEC ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində şirkətdə rəhbər vəzifəsində çalışan şəxslər “Satışın idarəolunması” mövzusunda öz bilik və təcrübələrini tələbələrlə bölüşməyə davam edirlər.

TOP XƏBƏRLƏR