×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-00aca50b43e51b1f852e3f52a177c89f.php


A

UNEC-də Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi keçirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgidə cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları nümayiş etdirilir. Tələbələrin böyük marağına səbəb olan eksponatlar UNEC-in bütün tədris binaları, Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də sərgilənəcək.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı UNEC-in tədbirlər planı təsdiqlənib. Sənədə əsasən, UNEC-də “AXC dövründə Azərbaycanın sosial-iqtisadi inkişafı” mövzusuna həsr olunan elmi konfrans, seminar, açıq dərs və dəyirmi masalar təşkil olunur. Tədbirlər planında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının “Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənclərin xaricdə təhsili” mövzusunda Forumunun keçirilməsi də nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay