Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dos.Hafis Hacıyev və fakültənin fəal tələbələri 8 Noyabr - Zəfər Günü ərəfəsində Bakının dənizkənarı Sahil bağında yerləşən Hərbi Qənimətlər Parkına səfər ediblər.
Səfər çərçivəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbə barədə tələbələrə məlumat verilib. Tələbələr burada Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla, müzəffər ordumuz tərəfindən darmadağın edilən “keçilməz istehkamları”n maketləri ilə, eləcə də müxtəlif mövzularda təşkil olunan sərgi və guşələrlə yaxından tanış olublar.
Sonda tələbələrin təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.