Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Rəqəmsal İqtisadiyyat fakültəsində “UNECinema” layihəsi çərçivəsində növbəti film nümayiş olunub.
“UNECinema”da tələbələr “The Conjuring 2” filmini izləyiblər.
Layihənin məqsədi tələbələri tədrislə yanaşı, sosial fəaliyyətə cəlb etmək və sosial həyatlarına əyləncə qatmaqdır.