UNEC-də “Tələbə Gənclər Həftəsi” layihəsi çərçivəsində “Cinema” günü təşkil olunub.
Tədbirin əsas məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkili və mədəni istirahətinin təmin olunması olub.
Tədbir zamanı psixoloji triller janrında çəkilmiş məşhur “Get Out” filmi nümayiş etdirilib. Filmin nümayişi tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onların kino sənətinə olan marağının artmasına şərait yaradıb.