18 aprel 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda sosial-iqtisadi tərəqqi” mövzusunda bilik yarışı keçirilmişdir.
Yarışda Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Sosial-İqtisadi Kolec və Qida Sənayesi Kollecinin tələbələri iştirak edirdi. Bilik yarışı tələbələrin istedadının, intellektual səviyyəsinin üzə çıxarılması məqsədilə təşkil edilmişdir.
II turun nəticələrinə görə, UNEC-in nəzdində Sosial-İqtisadi kollecin “Qurtuluş” komandası bilik yarışında yüksək bal toplayaraq qalib adını qazanmışdır.