Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş nümunəvi dərslər keçirilib.
Dərsləri giriş sözü ilə fakültə dekanı dosent Hafis Hacıyev açaraq, müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb və Ulu Öndərin zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyini tələbələrin diqqətinə çatdırıb.
“Maliyyə və audit” kafedrasının professoru Mirələm Həsənli və dosent Hənifə Cəfərli dərslərdə hər zaman azərbaycanlı olması ilə fəxr edən, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısındakı xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə məlumat veriblər. Tədbirdə eyni zamanda Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi stabilliyin əldə olunduğunu qeyd edən çıxışçılar, azad bazar iqtisadiyyatının təşəkkül tapması ilə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndiyini, özəl sektora dövlət dəstəyinin gücləndiyini bildiriblər.Ölkədə sahibkarlığın, xüsusilə də, kiçik və orta sahibkarlığın inkişafının və azad rəqabət mühitinin təmin edilməsindən və əhalinin sosial rifahının daha da yaxşılaşmasından bəhs ediblər.
Diskussiya şəklində davam edən dərslərin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.