UNEC-in Dizayn Məktəbində Ümummilli Lider Heydər Əliyev ilinə həsr olunan "Heydər Əliyev dərsləri" keçirilib.
Keçirilən dərslərdə Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olduğu, həyatını doğma xalqına həsr etməsi, bütün dövrlərdə xalqa, sədaqətlə xidmət etməsi haqqında tələbələrə məlumat verilib.
Dərslərdə həmçinin Ulu Öndərin zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyi diqqətə çatdırılıb.
Diskussiya şəklində davam edən açıq dərslərdə tələbələri maraqlandıran suallar cavablandırılıb.