A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “İşletmelerde Stratejik Yönetimin Teorileri” (“Müəssisələrdə strateji idarəetmə nəzəriyyələri”) kitabını təqdim edir.

Kitabın müəllifi UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) direktoru dosent Fariz Əhmədovdur.

Dərs vəsaitində strateji idarəetməyə ümumi baxış, strateji idarəetmə sistemləri, strateji idarərətmə məktəbləri, inkişaf strategiyası, müəssisənin xarici və daxili mühitinin təhlili, strateji potensialı, strateji təyinatlı biznes qrupların fəaliyyəti, müəssisənin texnoloji siyasəti və beynəlxalq inkişaf strategiyaları, rəqabət strategiyasının formalaşdırılması, sosial məsuliyyət, etık və korporativ mədəniyyət və digər bu kimi məsələlər nəzəri-metodoloji aspektdən geniş təhlil edilib, əməli xarakterli bir sıra tövsiyələr və nümunələr göstərilib.

“İşletmelerde Stratejik Yönetimin Teorileri” (“Müəssisələrdə strateji idarəetmə nəzəriyyələri”) kitabı 2022-ci ildə çapdan çıxıb. 254 səhifəlik dərs vəsaiti Türk dilindədir. Oxucu-istifadəçilər kitabı UNEC-in 24/7 və 2 saylı kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay