A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “Azərbaycan dilinin üslubiyyatı” kitabını təqdim edir.

Kitabın müəllifi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin Azərbaycan dili kafedrasının baş müəllimi Nailə Yusifovadır.

Dərs vəsaitində nitq mədəniyyənin formalaşmasında mühüm yer tutan ədəbi dilin üslublar sistemi və digər məsələlər öz əksini tapıb. Hər bir gəncin, eləcə də tələbələrin mədəni nitqə yiyələnməsi dövlət əhəmiyyətli məsələdir. Kitabda verilən çalışma və tapşırıqlar bu istiqamətdə mövzuların daha dərindən mənimsənilməsinə xidmət edir.

“Azərbaycan dilinin üslubiyyatı” dərs vəsaiti 2022-ci ildə “İqtisad Universiteti” Nəşriyyatında çapdan çıxıb. Kitab 198 səhifədir. Oxucu-istifadəçilər dərs vəsaitini UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay