A

“Həftənin kitabı” layihəsi xüsusi buraxılışında “Heydər Əliyev və Qafqazda sülh prosesi” kitabını təqdim edir.

Kitabın müəllifi Əməkdar müəllimi, Bakı Dövlət Universitetinin professoru İradə Hüseynovadır.

Dərslikdə Azərbaycanda ilk dəfə olaraq Heydər Əliyevin Qafqaz regionunda sülhün, təhlükəsizliyin və əmin-amanlığın təmin olunması istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin elmi cəhətdən sistemli və kompleks şəkildə təhlili verilib.  Müəllif zəngin tarixi, mədəni, siyasi və iqtisadi irsə və biliklərə əsaslanmaqla, Qafqazda mövcud olan milli münaqişələrin sülh yolu ilə nizamlanması və ümumilikdə regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ulu öndər Heydər Əliyevin misilsiz rolunu fundamental şəkildə araşdıraraq, ümumiləşdirilmiş, əsaslandırılmış halda oxucuya təqdim edir. Kompleks yanaşma metodundan istifadə edilməsi, SSRİ-nin süqutundan sonra Qafqazda baş verən mühüm tarixi hadisələrdə, xüsusilə regionda sülhün təmin olunmasında Heydər Əliyevin fəaliyyəti ilə ətraflı tanış olmağa imkan verir.   

“Heydər Əliyev və Qafqazda sülh prosesi” kitabı 2008-cu ildə “Çaşıoğlu” Nəşriyyatında çapdan çıxıb. Kitab 672 səhifədir. Oxucular kitabı UNEC-in 24/7 Kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay