A

“Həftənin kitabı” layihəsi bu həftə “Azərbaycanın ekoloji vəziyyəti və problemləri” kitabını təqdim edir.

Kitabın müəllifləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti İlqar Xəlilov və Firuzə Cəfərovadır.

Dərsdlikdə Azərbaycan Respublikasında təbii proseslərin və antropogen fəaliyyətin təsiri nəticəsində ölkənin ətraf mühit komponentlərində müşahidə olunan mövcud ekoloji durum və problemlər, onların ekoloji-hüquqi aspektləri, həmçinin mühafizə tədbirləri öz əksini tapıb. Həmçinin iqtisadi rayonlarda, sənaye, kənd təsərrüfatı, və nəqliyyatın inkişaf etdiyi region və şəhərlərdə mövcud ekoloji vəziyyət və mühafizə tədbirləri sistemli təhlil edilib.

260 səhifəlik “Azərbaycanın ekoloji vəziyyəti və problemləri” kitabı 2022-ci ildə “İqtisad Universiteti” nəşriyyatında çapdan çıxıb. Oxucu-istifadəçilər əsəri UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay