A

“Həftənin kitabı” bu həftə “Azərbaycan iqtisadiyyatı: makroiqtisadi analiz” kitabınının təqdimatı ilə 2022-ci ilə yekun vurur.

Kitabın müəllifləri iqtisadçı-alimlərimiz - iqtisad elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, UNEC professoru Fərhad Rəhmanov və Bakı Mühəndislik Universitetinin prorektoru, dosent Elçin Süleymanovdur.

Kitabda müstəqilliyinin 30 illində Azərbaycan iqtisadiyyatının makroiqtisadi təhlili aparılıb və iqtisadiyyatın inkişaf mərhələləri geniş tədqiq edilib.

Kitabda müstəqilliyin 30 ilində makroiqtisadi sabitlik, müvəffəqiyyətli neft strategiyası, I Qarabağ müharibəsi sonrası itirilən iqtisadi potensialın bərpası, iqtisadi islahatlar və iqtisadi sistemin yenidən qurulma şəklində ifadə edilə biləcək olan inkişaf mərhələsindən sonra 2010-cu ildən etibarən, Prezident İlham Əliyevin sözlərilə desək, Azərbaycanda keçid dövrünün başa çatması və ölkənin yeni bir inkişaf mərhələsinə qədəm qoyması, eləcə də 2020-ci ildə 44 günlük Zəfər tarixmizdən sonra Azərbaycan iqtisadiyyatının daha da iri addımlarla inkişaf dövrünə start verərək, bu inkişafın təzahürüdən ölkədə aparılan quruculuq, abadlıq işlərinin əhalinin maddi-sosial vəziyyətinin ildən-ilə daha da yaxşılaşması, aparılan uğurlu sosial siyasət və ölkənin bir çox mötəbər reytinqlərdə hər il mövqeyinin daha da gücləndirilməsi vurğulanıb.    

408 səhifəlik “Azərbaycan iqtisadiyyatı: makroiqtisadi analiz” dərs vəsaiti 2021-ci ildə çapdan çıxıb. Oxucu-istifadəçilər əsəri UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay