A

UNEC-də 1–3 aprel 2026-cı il tarixlərində hər il olduğu kimi, bu il də ənənəvi “Elm Günləri” keçiriləcək.

Tədbirin açılış mərasimində süni intellekt dövründə elm və təhsilin transformasiyası, səmərəli strategiyalar və müasir elmi trendlər mövzusunda məruzələr dinləniləcək. Proqram çərçivəsində UNEC-in elmmetrik göstəriciləri açıqlanacaq, yüksək nailiyyətlər əldə etmiş əməkdaşlar və struktur bölmələr təltif olunacaqlar.

Bununla yanaşı, universitetin gənc alimi Nərgiz Hacıyevanın Qarabağın işğalı dövründəki iqtisadi fəaliyyətlərə həsr olunmuş, ABŞ-da nəşr olunan SCOPUS indeksli monoqrafiyasının təqdimatı keçiriləcək.

Tədbir günlərində UNEC-in elmi jurnallarının, o cümlədən beynəlxalq bazalara daxil edilmiş nəşrlərin təqdimatı baş tutacaq. Həmçinin tələbələrin iştirakı ilə “Scistorm” intellektual yarışı təşkil olunacaq.

Aprelin 2-də “Elm Günləri” çərçivəsində “Prezident İlham Əliyevin dil siyasəti: Azərbaycan dili milli kimliyin, elmi düşüncənin və müasir inkişafın əsas dayağı kimi” və “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” mövzularında plenar iclaslar keçiriləcək. Eyni zamanda, “Qərbi Azərbaycan rəssamları” və “Bir Elin Manifesti” kitablarının təqdimatı təşkil olunacaq.

Sonuncu gündə isə “UNEC-də elmmetrik təhlil: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda müzakirələr aparılacaq. Proqramın yekununda 2025-ci ilin Nobel mükafatçılarına həsr olunmuş maraqlı çıxışlar və təqdimatlar təqdim ediləcək.

PROQRAM

TOP XƏBƏRLƏR