UNEC-in Mühəndislik fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının təşkilatçılığı ilə Dövlət Proqramı çərçivəsində ABŞ-ın Corciya Universitetində Qida elmləri sahəsində doktorantura təhsili alan Aytən Pirverdiyevanın təqdimatında “Qida sənayesində mikrobioloji biofilmlər” mövzusunda onlayn elmi seminar keçirilib.
Məruzəçi qida sənayesində mikrobioloji biofilmlərin tətbiqi barədə geniş məlumat verərək, bu sahədə Amerika təcrübəsi və aparılan elmi tədqiqatların nəticələrini iştirakçılarla bölüşüb. O, biofilmlərin həm müsbət, həm də mənfi təsirlərindən bəhs edərək, xüsusilə qida təhlükəsizliyi baxımından yaratdığı risklər və onların qarşısının alınması yolları haqqında ətraflı izahat verib.
Sonda seminarın mövzusu ətrafında iştirakçılarının sualları cavablandırılıb və müzakirələr aparılıb.