UNEC Kitabxana İnformasiya Mərkəzi “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsinin növbəti araşdırmasını Danimarka Kral Milli Kitabxanasında (Denmark Royal Library, Det Kongelige Bibliotek) aparıb.
Kitabxananın elektron kataloqunda 12130 nəticə əldə olunub. Bunların 8515-i məqalə, 278-i kitab, 585-i kitab icmalları, 21-i konfrans materialları, 62-si verilənlər toplusu, 35-i dissertasiya, 1-i xəritə, 103-ü qəzet məqaləsi, 270-i məlumat nəşrləri, 85-i hesabat, 3-ü video, 3-2 audio sənəd, 49-u web resurslardır.
Danimarka Kral Milli Kitabxanasında olan bu nəşrlərin statistikasında ingilis dilində 11815, 150 fransız, 132 alman, 104 türk, 35 rus, 33 rumın, 18 portuqal, 16 ispan, 14 azərbaycan, 4 erməni və digər dillərdə resursların olduğu müəyyən olunub.
İçərisində Qarabağ haqqında danışılan 8515 məqalənin 26-sı 1900-1950-ci illərə aiddir. Bunların 12-si 1919-1921-ci illərdə Nyu-Yorkda ingilis dilində “Current history & forum” jurnalında dərc olunmuş məqalələrdir.
Bu mövzuda 2020-2021-ci illərdə yazılan 1219 məqalənin müəlliflərinə baxdıqda, burada həm xarici ekspertlərin, həm də azərbaycanlı və erməni müəlliflərinin məqalələri yer almaqdadır. Kitabxanada Qarabağ mövzusunda olan 278 kitabdan 30-u 2020-2021-ci illərdə nəşr olunan kitablardır.
Danimarka Kral Kitabxanası tarixi qiymətli sənədləri ehtiva edir və XVII əsrdən bəri Danimarkada çap edilmiş bütün əsərlərin bir nüsxəsi bu Kral Kitabxanasında saxlanılır. Danimarka Kral Milli Kitabxanasının əsası 1648-ci ildə qoyulub. Keçmişdə edilən böyük həcmdə ianələr sayəsində kitabxana 1482-ci ildə Johann Snell tərəfindən çap olunmuş ilk Danimarka kitabları da daxil olmaqla, demək olar ki, bütün məşhur Danimarka çap əsərlərini özündə saxlayır. Kitabxananın fondu 36,975,069 fiziki sənəddən; 2,438,978 elektron nəşrlərdən ibarətdir. (2017-ci il məlumatına əsasən)
Qeyd: Statistik rəqəmlər Danimarka Milli Kitabxanasının saytına əsasən 10.12.2021-ci il tarixinə aiddir.