A

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə mövcud ixtisaslar üzrə dünyanın aparıcı mütəxəssislərinin müəllifi olduğu türk dilində 150-yə yaxın kitab daxil olub.

Kitablar Nobel, Beta, Seçkin, Palme yayın evi, Papatya, Kodlab, Sidas kimi nüfuzlu nəşriyyatlarda çap edilib.

Nəşrlər rəqəmsal biznes, “smart” idarəetmə, maliyyə, mühasibat, mikro və makro iqtisadiyyat, idman iqtisadiyyatı, mühəndislik, proqramlaşdırma və kompüter şəbəkələri, elektron dizayn, rəqəmsal marketinq, özünü inkişaf, əmək və əməyin mühafizəsi, sosial xidmətlər və s. mövzuları əhatə edir.

UNEC-də tədrisin türk dilində də həyata keçirildiyini nəzərə alsaq müvafiq sahələr üzrə təhsilalanlar, tədqiqatçı və professor-müəllim heyəti üçün həmin kitablar faydalı mənbə hesab edilir.

Kitablarla yaxından tanış olmaq istəyənlər UNEC-in tədris binalarında yerləşən kitabxanalarına müraciət edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay