UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Şahmat klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib.
64 nəfər tələbə arasında qalibiyyət uğurunda keçirilən mübarizədə ilk üç yerin sahibi müəyyənləşib. Qaliblər aşağıdakı kimidir:
I yer- Zaur Həsənov –(Mühəndislik fakültəsi)
II yer- Mətin Mürsəlli-(SABAH Mərkəzi)
III yer – İsmayıl Ağayev- (Biznes və menecment)
Qaliblər UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev tərəfindən medal, fəxri fərman və hədiyyələr ilə mükafatlandırılıb.
Qalibləri təbrik edirik!