A

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş badminton idman növü üzrə tələbələr arasında turnir keçirilib.

Yarışda ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən 12 universitetdən ümumilikdə 38 idmançı iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşlərdə iştirakçılar öz bacarıq və hazırlıq səviyyələrini nümayiş etdiriblər.

Turnirdə UNEC badminton komandası da uğurla çıxış edib. Belə ki, UNEC Biznes Məktəbinin (MBA) tələbəsi Asəf Allahverdiyev bütün rəqiblərini geridə qoyaraq 1-ci yerə layiq görülüb və qalib adını qazanıb. Onun uğurlu çıxışı və nümayiş etdirdiyi yüksək idman ustalığı iştirakçılar və təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.

Eyni zamanda, Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi Bağır İsmayılov da uğurlu çıxış edərək 3-cü yerə sahib olub və fəxri kürsüyə yüksəlib.

Sonda qaliblərə diplom və medallar təqdim edilib.

TOP XƏBƏRLƏR