×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in ISE Chess Club-u tərəfindən Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş şahmat yarışı keçirib.

Tədbir Z.Əliyeva adına Liseylə birgə həyata keçirilən əməkdaşlıq layihəsi çərçivəsində baş tutub.

Yarışmanın təşkilatçıları ISE mentorları Nurlan Rüstəmli və Vəzir Qasımov həm ISE tələbələrini, həm də qonaqları bir araya gətirərək dostluq və sağlam rəqabətə əsaslanan xoş atmosfer yaradıblar. Tədbirdə UNEC ISE-nin məzunu Hacı Səfərli də qonaq qismində iştirak edərək yarışmaya xüsusi rəng qatıb.

Təxminən 70 nəfər iştirakçı və izləyicinin qatıldığı yarışma dinamik və rəqabətli şəraitdə keçib.

Yarışmanın nəticələrinə əsasən, I və III yerləri ISE tələbələri, II yeri isə göstərən Z.Əliyeva adına Liseyin şagirdləri qazanıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay