UNEC-də tələbələrin həm idman bacarıqlarını nümayiş etdirmək, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etmək məqsədilə idman yarışları təşkil olunub.
Badminton üzrə yarışda 32 tələbə iştirak edib. Oğlanlarda birinci yeri UNEC Biznes Mərkəzi, ikinci və üçüncü yerləri isə Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələri qazanıblar. Qızlarda birinci yer İqtisadiyyat və idarəetmə fakültəsi, ikinci yer Maliyyə və mühasibat fakültəsi, üçüncü yer isə Rus İqtisad Məktəbinin tələbələri layiq görülüb.
Voleybol yarışında 5 komanda gücünü sınayıb. Birinci yeri “Limit Less”, ikinci yeri “Vall Mariya”, üçüncü yeri isə “Nitomi” komandası tutub.
Şahmat turnirində üç fakültədən ümumilikdə 30 tələbə mübarizə aparıb. Yarışın qalibi Beynəlxalq İqtisadiyyat Məktəbi, ikinci yeri Rus İqtisad Məktəbi, üçüncü yeri isə Mühəndislik fakültəsinin tələbələri qazanıb.