Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında qadınların yarışında UNEC növbəti qələbəsini qazanıb. II turdan təxirə salınan qarşılaşmada UNEC doğma meydanda “Abşeron” komandası ilə üz-üzə gəlib. Görüş UNEC-in 3:0 (25:15, 25:18, 25:14) hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə UNEC turnir cədvəlində mövqeyini möhkəmləndirib.