A

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri “İş yeri axtarma, iş yeri yarat” layihəsi çərçivəsində UNEC-də olub.

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova layihə barədə məlumat verib. Bildirib ki, layihə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq keçirilir.

Görüşdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, ASK-nın baş katibinin müavini Fuad Hümbətov və “Dəstək” şirkətinin prezidenti Sakit Səmədov təqdimatla çıxış ediblər. Tələbələrə uğurlu karyera qurmağın sirlərini açıqlayan natiqlər, onlarla sahibkarlıq düşüncə tərzinin təşviqi və sahibkarlıq ruhunun formalaşdırılması istiqamətində təcrübələrini bölüşüblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay