A

UNEC-də “Gələcək üçün Bacarıqlar” layihəsinin hesabat təqdimatı keçirilib.

Görüşdə UNEC-in rektoru professor Ədalət Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov, İnnovasiyalar Mərkəzinin direktor vəzifəsini icra edən Vüsal Rüstəmov, universitetin akademik və inzibati heyəti, mentorları, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktorunun müavini Soltan Bayramov, “Gələcək üçün bacarıqlar” layihəsinin rəhbəri Şəbnəm Məmmədova və layihə komandası iştirak ediblər.

Görüş zamanı layihənin komponentləri, gedişatı və növbəti mərhələləri, həmçinin 1 mart tarixindən başlayacaq “İnkubasiya proqramı”na hazırlıq işləri diqqətə çatdırılıb. İnkubasiya proqramı çərçivəsində biznes inkubatorlarının fəaliyyəti, tədqiqat-inkişaf proqramlarının (R&D) təşkili məsələləri, resurs mənbələrinin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay