A

YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunan tədbir keçirilib.

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, dünyanın tanınmış dövlət başçılarının, siyasi xadimlərinin Ulu Öndər Heydər Əliyevə böyük qiymət verdiyini, onu dünya siyasətinin ustadı adlandırdığını bildirib.

Sonra UNEC-in Xarici dillər departamentinin baş müəllimi Sənubər Səfiyeva “Dünya liderləri Heydər Əliyev şəxsiyyəti haqqında”, departamentin müəllimi Pərvanə Abbasova “Heydər Əliyevin nitqində afforizmlər” adlı mövzularda təqdimatlarla çıxış ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarxlar nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay