A

UUNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova, Rus İqtisad Məktəbinin direktor müavini dosent Anar Eyyubov, Türk Dünyası İqtisad fakültəsi dekan müavini Cavahirxanım Məmmədova, Mühəndislik və tətbiqi elmlər kafedrasının ixtisas rəhbəri dosent Mehriban Məhərrəmova, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrlə iş üzrə dekan müavini Rahim Mürsəlov, Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov, SABAH Mərkəzi, Rəqəmsal İqtisadiyyat, Biznes və menecment fakültələrinin müəllim  və tələbələri Xalq Təhsil Muzeyinə ekskursiya ediblər. 

UNEC kollektivi muzeydə nümayiş etdirilən Azərbaycan elm və təhsilin inkişaf tarixi, təhsil sisteminin bütün pillələrində qazanılmış uğurlar, təhsilin yetirdiyi ən görkəmli şəxsiyyətlər və maarifçilərin fəaliyyəti, ilk müəllimlər, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsi, müxtəlif təhsil müəssisələri, eləcə də  qadınların təhsili sahəsində apardıqları islahatlar və təhsilə dövlət qayğısını əks etdirən sənədlər, materiallar, müxtəlif dövrlərə aid dərslik və proqramlar, maketlərlə tanış olublar. XVIII əsrə aid olan və ilk dərslik kimi nümayiş olunan Qurani-Kərim tələbələrin xüsusi marağına səbəb olub. 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı naminə fəaliyyətini əks etdirən "Heydər Əliyev və təhsil", Prezident İlham Əliyevin təhsil sahəsində genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi qayğını təcəssüm etdirən materiallar da böyük maraqla izlənib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay