UNEC müəllimləri Polşa Respublikasının Poznan İqtisadiyyat və Biznes Universitetində mühazirə oxuyublar.
Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilən layihədə UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının iqtisad elmləri namizədi, dosent Sevər Məmmədova və Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini, “Beynəlxalq İqtisadiyyat” (ingilis dilli) kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru İnarə Rzayeva iştirak ediblər. UNEC müəllimləri bakalavr və magistrlərə 8 akademik saat mühazirə oxuyublar.
“Marketinq” fənninin tədris edən S.Məmmədova Poznan İqtisadiyyat və Biznes Universitetinin xahişi ilə proqrama “Azərbaycan iqtisadiyyatının rəqabətqabliyyətinin əsas vektorlarının inkişafı” və “Azərbaycan Respublikasında biznesin təşkilində mədəni amillərin rolu” mövzularını da əlavə edib. Polşa tələbələrinə Azərbaycanın multikultural dövlət olduğunu bildirib.“Dünya iqtisadiyyatı” fənnini isə İ.Rzayeva tədris edib. Onun mühazirələri “Qloballaşma proseslərinin dünya iqtisadiyyatına təsiri”, “Beynəlxalq ticarətin dünya iqtisadiyyatında inkişaf tendesiyaları”, “Azərbaycanın xarici-ticarət əlaqələri, o cümlədən Polşa ilə olan iqtisadi əlaqələr” mövzularında olub.
Hər iki UNEC müəllimi öz təqdimatlarında Polşa tələbələrinə Azərbaycan Respublikası ərazisində 25 ildən çox davam edən ədalətsiz Dağlıq Qarabağ müharibəsi haqqında həqiqətləri çatdırıblar.