A

UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının dosenti, Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri İsmayıl İsmayılovun elmi məqaləsi nüfuzlu beynəlxalq elmi jurnalda - İtaliyanın “Ponte” dərgisində çap olunub.

İsmayıl İsmayılovun “Thomson Reuters” bazasına daxil olan jurnalda dərc olunan məqaləsi “Şəbəkə iqtisadiyyatı və elektron ticarətin Azərbaycanda problemləri və inkişaf perspektivləri” (“Network economics and e-commerce problems and development perspectives in Azerbaijan”) adlanır.

Məqalədə müasir dövrdə şəbəkə iqtisadiyyatının dünya ölkələrinin iqtisadiyyatında payının sürətlə artması, elektron ticarətin (e-ticarət) həcminin yüksəlməsi fonunda Azərbaycanda bu sahədə olan problemlər təhlil edilib.

Bəzi inkişaf etmiş dövlətlərdə, eləcə də MDB-yə daxil olan ölkələrdə e-ticarətin həcminə dair rəsmi statistik məlumtlar əsasında müqayisəli təhlil aparııb, bu sahənin inkişafına təkan verən iqtisadi, sosial, psixoloji və sair amillərdən bəhs olunub.

Azərbaycanda e-ticarət həcminin az olmasının  obyektiv və subyektiv səbəbləri izah olunub, e-ticarətin inkişafını ləngidən faktorlar sadalanıb. Eyni zamanda  məqalədə Azərbaycan hökumətinin e-ticarətin inkişafı il bağlı son illər gördüyü işlər qanunverici bazanın yaradılması, onlayn ticarətin təşviqi istiqamətində verilən qərarlar  barədə məlumat  verilib. Azərbaycanda e-ticarət həcminin sürətlə artılması üçün  dövlət orqanları və özəl sektorun  həyata keçirməli olduğu işlərə dair əsaslandırılmış təkliflər irəli sürülüb.

Elmi məqalədə irəli sürülən təklif və tezislərdən ölkədə e-ticarətin inkişafı üçün müvafiq proqramların işlənilməsində və həyata keçirilməsində istifadə oluna bilər.  

Məqalə ilə bu linkdə tanış ola bilərsiniz:
http://www.pontejournal.net/mainpanel/abstract.php?TOKEN=gRkgF5411G&PID=PJ-QF9FH

TOP XƏBƏRLƏR