A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH Mərkəzinin müəllimlərinin elmi araşdırması Scopus bazasına daxil olan International Journal of Energy, Environment, and Economics”  jurnalında (Q3 kvartili) dərc olunub.

“Xəzəryanı ölkələrdə bərpa olunan enerji istehsalına Ümumdünya İdarəetmə Göstəricilərinin təsiri (“The impact of Worldwide Governance Indicators on Renewable Energy Production in Caspian Sea Countries”) adli elmi tədqiqat işi UNEC SABAH mərkəzinin rəhbəri, dosent Aida Quliyeva, “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının baş müəllimi Ülviyyə Rzayeva və “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi Günay Quliyevanın həmmüəllifliyi ilə yazılıb.

Məqalədə müəlliflər Ümumdünya İdarəetmə Göstəriciləri ilə beş Xəzəryanı dövlət tərəfindən istehsal olunan alternativ enerji arasında mövcud asılılığı təhlil ediblər. Eləcə də hər ölkə üzrə müəyyən zaman intervalında idarəetmə göstəriciləri və alternativ enerjiyə aid verilənləri statistik testlərlə araşdıraraq, önəmli nəticələr  əldə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay