A

UNEC-in SABAH mərkəzinin dekanı, dosent Aida Quliyeva və baş müəllim Ülviyyə Rzayevanın müəllifi olduqları “Kiçik və Orta Müəssisələrin İntellektual Kapitalının və Biznes Effektivliyinin Riyazi Modelləşdirilməsi” (“Mathematical Modeling of Intellectual Capital and Business Efficiency of Small and Medium Enterprises”) adlı məqalə Scopus biblioqrafik və referativ verilənlər bazasında Q1 kvartilinə daxil olan “Mathematics” jurnalında dərc olunub.

Məqalə intellektual kapitalın elementlərinin riyazi modelləşdirilməsi vasitəsilə insan, struktur və müştəri kapitallarının kiçik və orta müəssisələrinin fəaliyyətinə təsirini yoxlamaq məqsədini daşıyır. İntellektual kapital resursa əsaslanan baxış nəzəriyyəsi ilə qiymətləndirilir. Tədqiqat MDB ölkələrinin kiçik və orta müəssisələrinin nümayəndələri ilə aparılmış sorğunun nəticələrinə əsaslanıb. İntellektual kapitalın müəssisənin səmərəliliyinə təsirinin yoxlanılması üçün riyazi modelləşdirmə yanaşmasından, eləcə də SPSS proqram paketindən istifadə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay